az | ru | en

4 noyabr 2015
Görkəmli bəstəkar, pianoçu, dirijor, Azərbaycan respublikasının xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş tədbir



4 noyabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda görkəmli bəstəkar, pianoçu, dirijor, Azərbaycan respublikasinin xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Tofiq Quliyevin keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou, bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən video görüntülər nümayiş olunmuş, mahnılarından ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və b. olmuşlar.

Konsert proqramı

T.Quliyev. Söz: R.Rza “Qızıl üzük”
İfa edir: Ü.Hacıbəyli adına BMA-nın III kurs tələbəsi Aydan Həsənova. Müşayiət edir: Çinarə Səmədova
T.Quliyev. Söz: Ə.Əlibəyli. “Sevgilim”
İfa edir: Ü.Hacıbəyli adına BMA-nın magistri Güllü Babaşova. Müşayiət edir: Aysel Şahbazlı
T.Quliyev. Söz: Xəqani. “Bəxtəvər oldum”
İfa edir: Ü.Hacıbəyli adına BMA-nın III kurs tələbəsi Aydan Həsənova. Müşayiət edir: Aysel Şahbazlı
T.Quliyev. Söz: Z.Cabbarzadə “İlk bahar”
İfa edir: Ü.Hacıbəyli adına BMA-nın magistri Güllü Babaşova. Müşayiət edir: Aysel Şahbazlı
“Bəxtiyar”k/f-dən “Sevgi valsi”
“Onu bağışlamaq olarmı” k/f-dən “Qəmgin mahnı”





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.