az | ru | en

17 sentyabr 2015
Üzeyir Hacıbəyli - 130


17 sentyabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi Bakı Musiqi Akademiyası ilə birlikdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “Üzeyir Hacıbəyli - 130” adlı tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbər müavini Aleksey Konnov tədbir iştirakçılarını salamlamışlar. Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Üzeyir Hacıbəyli yaradıcılığı milli sərvətimizdir” mövzusunda çıxış etmiş, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi tövhələrdən, əvəzsiz xidmətlərindən söhbət açmışdır. Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.
Bədii hissədə Üzeyir Hacıbəylinin və başqa Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları əsasında hazırlanmış “Üzeyir Hacıbəyli - 130” adlı foto-sərgi nümayiş edilmişdir.

Konsert proqramı

Ü.Hacıbəyli “Arşın mal alan”operettasından Gülçöhrənin ariyası
İfa edir: Güllü Babaşova. Müşayiət edir: Aysel Şahbazlı (f-no). Müəllim: BMA-nın baş müəllimi Gülnarə Əhmədzadə
Ü.Hacıbəyli “Arşın mal alan”operettasından “Qızların xoru”
İfa edir: Ə.Bakıxanov adına 6 ¹-li Musiqi məktəbinin Xalq-çalğı alətləri Ansamblı. Bədii rəhbər: Əliağa Əliyev
Ü.Hacıbəyli “Arşın mal alan” operettasından Asyanın ariyası
İfa edir: Fidan Əhmədova. Müşayiət edir: Nuray Rzayeva (f-no)
Ü.Hacıbəyli “Şah Abbas və Xurşid Banu” operasından Xurşid Banunun ariyası
İfa edir: Güllü Babaşova. Müşayiət edir: Nərmin Qasımlı (f-no)
Ü.Hacıbəyli “Sənsiz” romansı
İfa edir: G.Şaroyev adına 35¹ li musiqi məktəbinin şagirdi Atabala Manafzadə (f-no)
A.Gəray “Şahnazsayağı”
İfa edir: Ə.Bakıxanov adına 6 ¹-li Musiqi məktəbinin şagirdi Zeynəb Xəlilova (qanun). Müəllim: Vəfa Babazadə
Ü. Hacıbəyli II Fantaziya
İfa edir: G.Şaroyev adına 35¹ li Musiqi məktəbinin şagirdi Kamal Şükürov (tar)
Xalq mahnısı “Xumar oldum”
İfa edir: Güllü Babaşova. Müşayiət edir: Nuray Rzayeva (f-no)
Üzeyir Hacıbəyli. “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası “Hicran dərdi”
İfa edir: Fidan Əhmədova. Müşayiət edir: Nuray Rzayeva (f-no)
A.Zeynallı “Ölkəm”
İfa edir: Güllü Babaşova. Müşayiət edir: Aysel Şahbazlı (f-no)
Azərbaycan ritmləri
İfa edir: Ə.Bakıxanov adına 6 ¹-li Musiqi məktəbinin Nağaraçılar ansamblı






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.