az | ru | en

2 sentyabr 2015
“Don Kixot”un yubileyləri


2 sentyabr 2015-ci il tarixində, saat 18:30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Don Kixot”un yubileyləri: M.Servantesin romanı - 400, Q.Qarayevin Simfonik qravürləri – 55” adlı tədbir keçirilmişdir.
Klassik Musiqi Həvəskarları Klubunun 86-cı toplantısı ispan yazıçısı Migel de Servantesin dünya ədəbiyyatının ən məşhur romanlarından biri sayılan “Ağıllı zadəgan Don Kixot” əsərinin 400 illiyinə həsr olunmuşdur. İncəsənətin müxtəlif sahələrində təcəssüm etdirilən bu əsərin 1957-ci ildə Qriqori Kozinsevin lentə aldığı “Don Kixot” kinofilminə musiqinin, daha sonra 1960-cı ildə “Don Kixot” simfonik qravürlərinin müəllifi görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev olmuşdur.
12-15 avqust 2015-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərinin Fordham Universitetində Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu Beynəlxalq konfransına dəvət almış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova orada “Roman, qravürlər, kino,musiqi: Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin adı üzərində düşünərkən” mövzusunda məruzə ilə çıxış etmiş və konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Tədbirdə Alla Bayramova konfransdakı iştirakından söhbət açmış, çıxış etdiyi məruzə ilə tədbir iştirakçılarını tanış etmiş və suallara cavab vermişdir.
Tədbirdə Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova (skripka), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (f-no) ifalarında “Don Kixot” simfonik qravürlərindən canlı musiqi və videogörüntülər təqdim olunmuşdur. Sonda “Don Kixot” bədii filmi nümayiş edilmişdir. Tədbir iştirakçıları mövzu üzrə muzeyin arxiv materialları əsasında hazırlanmış sərgi ilə tanış olmuşlar.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.