az | ru | en

12-15 avqust 2015
Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının 10-cu beynəlxalq elmi konfrans


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova 12-15 avqust 2015-ci il tarixlərində Nyu-York şəhərində yerləşən Fordham Universitetində keçirilən Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransında iştirak edib.
Konfransda Alla Bayramovanın "Roman, qravüralar, kino, musiqi: Qara Qarayevin "Don Kixot" simfonik qravürlərinin adı üzərində düşünərkən" mövzusunda 45 dəqiqəlik məruzəsi dinlənilib.
Söz və Musiqi Öyrənilməsi Assosiasiyası 1997-ci ildə yaradılıb və qurumun 26 ölkədə üzvü var. Lakin keçmiş sosialist ölkələrindən heç kim bu assosiasiyanın üzvü deyil. Azərbaycandan yalnız Alla Bayramova bu təşkilatın 2013-cü ildən yeganə üzvüdür.
Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova və onun həyat yoldaşı, dirijor Elşad Bağırov kofransda olublar.
Konfrans çərçivəsində Fordham Universitetinin professoru Lorens Kramerə Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən bəzi nəşrlər, o cümlədən, "Qara Qarayev: Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" və CD-lər hədiyyə edilib.
Səfər çərçivəsində A.Bayramova məşhur Metropolitan İncəsənət Muzeyinin Musiqi Alətləri şöbəsinin dəvəti ilə muzeyi ziyarət edib. Alla Bayramova amerikalı həmkarlarına Azərbaycan musiqi alətləri (saz, tar) haqqında ətraflı məlumat verib.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.