az | ru | en

20 avqust 2015
Niyazi - 103



20 avqust 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində SSRİ Xalq artisti, Sosialist əməyi qəhrəmanı, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, görkəmli dirijor və bəstəkar Maestro Niyazinin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov Niyazinin Azərbaycan musiqisində rolu haqqında ətraflı məlumat vermişdir. Tədbirdə muzeyin arxiv materialları əsasında Niyazinin həyat yolunu əks etdirən slayd-şou nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın və gənc vokalçı Aydan Quliyevanın ifasında sənətkarın klassik əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir. Bəstəkar və Əməkdar incəsənət xadimləri Azər Dadaşov, Məmmədağa Umudov Maestro haqqında xatirələrini söyləmişlər.
Sonda tədbir iştirakçıları üçün 2014-cü ildə çəkilmiş “Rast. Niyazi” sənədli filmi (rejissor Nonna Müzəffərova) nümayiş olunmuşdur. Tədbirin qonaqları Bəstəkarlar İttifaqının üzvləri, musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.