az | ru | en

15 iyun 2015
15 iyun - Milli Qurtuluş günü


15 iyun 2015-ci il tarixində, saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda çıxış etmişdir. Tədbir bəstəkar, əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev-ömür yolu” simfonik poemasının film versiyasının və Ümumilli liderin sevdiyi və ifa etdiyi Azərbaycan xalq mahnılarının videoçarxının nümayişi ilə davam etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.