az | ru | en

3 iyun 2015
Frederik Şopenə həsr olunmuş tədbir


3 iyun 2015-ci il tarixində, saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda dahi bəstəkar və pianoçu Frederik Şopenə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Daha sonra Yelena Boqoyevskaya F.Şopenin yaradıcılığı haqqında məruzə etmişdir. Bütün çıxışlar Frederik Şopenə həsr olunmuş slayd-şou ilə müşayiət olunmuşdur. Tədbir Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova, Leyla Məmmədəliyeva, Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova, Yelena Boqoyevskaya, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, L.və M.Rostropoviçlər adına 21¹-li musiqi məktəbinin şagirdlərinin ifalarında F.Şopenin əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Klassik Musiqi Həvəskarları klubunun üzvləri, musiqi məktəblərinin müəllim və şagirdləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.