az | ru | en

16 may 2015
"Musiqidə davam edən həyat: ağaclar və alətlər"


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 16 may 2015-ci il tarixində Beynəlxalq muzeylər gününə həsr olunmuş "Musiqidə davam edən həyat: ağaclar və alətlər" adlı tədbir keçirmişdir.
Beynəlxalq Muzeylər Şurası (İKOM) 18 may 2015-ci il Muzeylər Günü üçün "Muzeylər və cəmiyyətin davamlı inkişafı" mövzusunu seçmişdir. Bununla əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzi ilə birgə "Təbiətlə musiqinin ahəngi, təbiətdən gələn musiqi alətləri" adlı maarifləndirmə proqramı üzrə tədbir keçirir.
Muzeyin zəngin kolleksiyalarından, həmçinin tanınmış ustaların hazırladığı musiqi alətlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra söz Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadəyə verilmişdir. Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, orqanoloq Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyasının milli musiqi alətlərinin təkmilləşməsi üzrə elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, musiqi alətləri ustası Elşad Rəşidoğlu (Rzayev) və başqaları çıxış etmişlər. Sonra muzeyin xalq çalğı alətlərinin daimi sərgisinin müdiri Təranə Zeynalova nümayiş olunan sərgi haqqında məlumat vermişdir. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert proqramı təqdim olunmuş, mövzu üzrə slayd-şou nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın müəllim və tələbə heyəti, Bakı məktəblərinin müəllim və şagirdləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.