az | ru | en

1 aprel 2015
Bakı Musiqi Akademiyası tələbələrinin konserti


1 aprel 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, musiqişünas, pedaqoq, dramaturq, Azərbaycan professional musiqisinin və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən Bakı Musiqi Akademiyası tələbələrinin konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır. Sonra Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova çıxış etmişdir. Tədbirdə Bakı Musiqi Akademiyasının professorları Oqtay Abasquliyev, Ülviyyə Hacıbəyova, Nərminə Quliyeva, Firəngiz Hacıyeva, Samirə Aşumova, baş müəllim Gülnarə Əhmədzadənin tələbələri beynəlxalq müsabiqələr laureatı Lalə Məhərrəmova, Mirxanım Əsgərli, Leyla Babayeva, Aydan Məmmədli, İllər Məmmədzadə,Rəna Novruzbəyli, Aysel Əliyeva, Aysel Şahbazlı (f-no); Gülşən İbadova, Güllü Babaşova (vokal); Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov (f-no) çıxış etmişlər. Konsert proqramına Üzeyir Hacıbəylinin sevərək dinlədiyi musiqi nömrələri, F.Əmirovun, S.Raxmaninovun, F.Listin, Q.Sviridovun, E.Qriqin əsərləri daxil edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik musiqi həvəskarları klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.