az | ru | en

5 mart 2015
Fidan Hacıyeva ilə görüş


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının xalq artisti, opera müğənnisi Fidan Hacıyeva ilə görüş keçirilmişdir.
Tədbir 5 mart 2015-ci il tarixində saat 17:00-da muzeyin filialı olan Niyazinin mənzil muzeyində olmuşdur.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açmışdır. Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin şöbə müdiri Xanım Abdinova Fidan Hacıyevanın keçdiyi sənət yolu, yaradıcılıq uğurları haqqında çıxış etmişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur. Daha sonra Fidan Hacıyeva tədbir iştirakçıları qarşısında çıxış etmiş, sualları cavablandırmışdır. Tədbir "Sevgi nəğmələri" adlı musiqi proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, müğənninin sənət dostları, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.