18 sentyabr 2006
Üzeyir Musiqi günü
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan professional musiqisinin banisi, alim, pedaqoq, ictimai xadim
Üzeyir Hacıbəyovun doğum gününü 18 sentyabr - Üzeyir Musiqi Gününü ənənəvi olaraq qeyd edir.
2006-cı il sentyabırın 18-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda
Üzeyir Musiqi Gününə həsr olunmuş «Milli musiqi alətləri Azərbaycan təsviri sənətində» adlı
sərgi təşkil edilmişdir. Sərgidə AMMDM fondunda saxlanılan musiqi alətləri –
Tar, Kamança, Bas tar, Saz, Qaval, Qopuz, Çəqanə, Səntur, Ud, Zülfər, Əsa tar, habelə rəssam Adil Rüstəmov tərəfindən Tarzən Bəhram Mansurovun, Tarzən Qurban Pirimovun, müğənni Rəhilə Həsənovanın, Tarzən-xanəndə Həmid Malıbəylinin, Tarzən Əhsən Dadaşovun, qanun ifaçısı Asya Tağıyevanın, Aşıq Əmrah Gülməmmədovun, Tarzən Məmmədxan Bakıxanovun, kamança ifaçısı Habil Əliyevin rəsm portretləri, rəssam Ayxan Rəsulovun Tarzən Məşədi Cəmil Əmirovun və rəssam Tamilla Dağıstanlının Aşıq Pərinin rəsmləri, Mir Mövsün Nəvvabın arxivindən «Müşəffərin Gövhərtac» kitabından rəqqasələrin şənlik məclisində iştirakı kimi illüstrasiyalar təmsil edilmişdir.
Sərgidə muzeyin Qədim Misiqi Alətləri Ansamblının geniş konsertı olmuşdur.
xəbərlərə
|