az | ru | en
QOPUZ

Qolça qopuz. M.Kərimovun işi. Bakı, 1999. AMMDM-nin kolleksiyallarından.

Ən qədim simli çalğı alətlərindən biridir. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.
1) «Qıl qopuz» və ya «ikilıq» kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında geniş yayılmışdır.
2) Müasir aşıq sazının sələfi sayılan üçsimli «qolça qopuz» Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.
Qolça qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi bütovyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılır.










Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.