Azərbaycanın böyük mədəniyyət xadimi, bəstəkarı, dirijoru, ictimaiyyət xadimi Niyazinin mənzil muzeyinin açılmasını təbrik edirəm. Bu Respublikanın həyatında əlamətdar hadisədir, dövlətin, xalqın mədəniyyətə ehtiramı rəmzidir.
Ümidvaram ki, Niyazinin həyat yolunu, yaradıcılığın əks etdirən muzey eksponatları xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ edəcək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıdacaqdır.
Muzeyə öz fəaliyyətində uğurlar diləyirəm.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev.
18/IX-1994
|