|
Bəstəkar, musiqişünas alim, pedaqoq. Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ xalq artisti (1938). SSRİ Dövlət Mükafatları laureatı (1941,1946). Azərbaycan EA-nın akademiki (1940). 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948) olmuşdur. O, 7 operanın, o cümlədən “Leyli və Məcnun“ (1908) və “Koroğlu” operalarının (1937), üç musiqili komediyanın, kantata, uvertüra, romans və mahnıların, Azərbaycan Respublikası Dövlət Himninin (1918) müəllifidir. “Azərbaycan xalq musiqisinin əsasları” elmi-tədqiqat işinin müəllifidir (1945).
| |