|
Bəstəkar, pedaqoq, SSRİ xalq atisti (1973), SSRİ və Azərbaycan Dövlət mükafatıları laureatı (1952, 1970), professor (1964). 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən “Gülşən” baleti (1950) və “Karvan” (1945) simfonik lövhəsi daha çox şöhrət qazanmışdır. “Qızıl gül” (1940) musiqili komediyasının, uşaqlar üçün “İsgəndər və çoban” operasının (1947), xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqilərin müəllifidir.
| |