|
Bəstəkar, pedaqoq, Azərbaycanın xalq artisti (1958), SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatları laureatı (1946, 1948). Azərbaycan EA-nin akademiki (1959). 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru. 1952-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqına təhbərlik etmişdir. 1974-1982-ci illərdə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.“Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletlərinin, üç simfoniyanın, “Don Kixot” (1960),“Alban rapsodiyası” simfonik qravürlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Vyetnam” süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansla
rın müəllifidir.
| |