|
Bəstəkar, pedaqoq, Azərbaycanın xalq artisti (1960), professor (1963), Dövlət mükafatları laureatı (1946, 1952). Milli simfonizmin yaradıcılarındandır. 1957-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru. 8 simfoniyanın müəllifi, (o cümlədən Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” simfoniyasının), “Sülh uğrunda” simfonik poemanın (1957), “Vətən” operasının (Q.Qarayevlə birlikdə 1945), xor, solist və orkestr üçün oratoriyanın (1949), fortepiano silsiləsindən “Musiqi lövhələri“ və s. əsərlərin müəllifidir.
| |