Şirvan tənburu
Qulaq asmaq
|
Şirvan tənburu - armudşəkilli olub saz tipli alətlər ailəsinə mənsubdur. İki, bəzən üç simdən ibarət şox sadə quruluşlu bu musiqi alətidir. Şirvan tənburu kiçik çanaqdan və uzun qoldan ibarətdir. Çanağın tut, armud,qolu və kəlləsi qoz, üzü isə tut və yaxud şam ağacından hazırlanmışdır.
Qoluna 14-17 pərdə bağlanır. Şirvan tənburu 2 simdən ibarətdir. Alət barmaqla çalındığına görə simlər bir - birindən 20 mm aralı yerləşdirilir. Tənbur Azərbaycan simli çalğı alətləri arasında yeganə alətdir ki, sağ əlin baş və orta barmaqları ilə ifa olunur. Bəzən mizrab ilə də çalınır.
|