Çəng
Qulaq asmaq
|
Çəng - quruluşu etibarı ilə arfa tipli simli-yaylı musiqi alətidir. Yaranma tarixi çox qədimlərə gedib çixir. Əsasən, saray məclislərində istifadə olunmuşdur.
Çəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu canaq hissədə dəri üzərinə yerləşdirilmiş metal ilgəklərə, o biri ucları isə taxta aşıqlara bağlanılır. Çəngin bağırsaqdn və ipək sapdan hazırlanmış 30 simi vardır.
|