az | ru | en

11 noyabr 2022

Soltan Hacıbəyov


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
Bu gün bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyov (08.05.1919, Şuşa – 19.09.1974, Bakı) haqqında qısa məlumat və muzeyin kolleksiyasından bəzi materialları təqdim edirik.
Soltan Hacıbəyov 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Onun yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən "ülşən" baleti (1950) və "Karvan" (1945) simfonik lövhəsi daha çox şöhrət qazanmışdır. "Qızıl gül" musiqili komediyasının, uşaqlar üçün "İsgəndər və çoban" operasının, xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir.








Şuşa musiqiçilərinə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.