20 oktyabr 2022
ŞÖVKƏT ƏLƏKBƏROVA – 100
Azərbaycan milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni və pedaqoq, Xalq artisti Şövkət Ələkbərova milli musiqi tariximizdə şərəfli yer tutmuş sənətkarlardan olmuşdur. Nadir məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti ona xalq arasında muğamların, xalq musiqisinin təkrarsız ifaçısı kimi böyük şöhrət gətirmişdir. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilmişdir. Şövkət xanım o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub, ölməzlik zirvəsinə ucalmışdır. Onun səsi bu gün də xalqımızın xidmətindədir və sənətsevərləri məftun etməkdədir.
Bu gün Şövkət xanım Ələkbərovanın 100 yaşı tamam olur. Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış “Şövkət Ələkbərova - 100” virtual sərgisini təqdim edirik.
Rubrikalara
|