az | ru | en

6 noyabr 2026

Zəfər Bizimdir


Noyabrın 6-da Azərbaycan Musiqi Mədəniyyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrının solisti, "Tərəqqi" medalı laureatı Fəxri Kazım-Nicatın ifasında vətənpərvərlik mahnılarından ibarət musiqi diskinin təqdimatı və "Zəfər Bizimdir" adlı tədbir keçirilib.
Tədbir zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Əməkdar müəllim Gülzar Hətəmzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə Dadaşova, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, bəstəkar Lalə Cəfərova, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və Bakı Musiqi Akademiyasının dosenti Sevda Məmmədova çıxış edərək musiqi diskinin əhəmiyyəti və ifa olunan əsərlər barədə təəssüratlarını bölüşüblər.
Tədbirin bədii hissəsində Fəxri Kazım-Nicat bəstəkar Elnarə Dadaşovanın əsərini ifa edib. İfa zamanı solisti fortepianoda bəstəkar Elnarə Dadaşova, Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblının üzvləri Mirxalid Salayev (tar), Zahid Rzayev (kamança), Elşən Qasımov (nağara), həmçinin bəstəkar və dirijor Elbəy Məmmədzadə müşayiət ediblər.
Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.