az | ru | en

5 noyabr 2026

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb - studiyasının şagirdlərinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva açaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyətindən və xalqımızın qəhramanlığından bəhs edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarını salamlayaraq onları 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, həmçinin bu əlamətdar günlə əlaqədar muzeydə və onun filiallarında Zəfər gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Zeynəb Abdullayeva olub.
Konsert proqramında Səriyyə Axundova (skripka), Məryəm Axundzadə (fortepiano), Hüseyn Həsənpur (vokal), Uğur Həşimzadə (fortepiano), Cəlalə İsmayılzadə (fortepiano), Humay Kəlpizadə (skripka), Hüseyn Quliyev (fortepiano), Elşad Məmmədli (trombon), Miraqil Mirzəzadə (zərb alətləri), Şövkət Nurəli (fleyta), Aysel Rəhimli (fortepiano), Araş Seyfpur (fortepiano) çıxış ediblər.
Proqram çərçivəsində gənc ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini təqdim ediblər.
Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Tədbirin sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova muzey rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.