az | ru | en

20 avqust 2026

Niyazi - 114


20 avqust 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış etmiş, Maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin yaradıcılıq irsindən danışmışlar.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın təqdim etdiyi Niyazinin "Konsert valsı", "Rast" simfonik muğamının fortepiano üçün işləməsi böyük hərarətlə qarşılanmışdır.
Konsert Bakı Musiqi Akademiyasının baş müəllimi, Niyazi adına Dövlət Simfonik Orkestrinin solisti, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Lalə Muxtarova, musiqişünas Sevinc İbrahimova, Xırdalan şəhər onbirillik məktəbinin şagirdi Buta Yusubova, Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Nuray Allaverdiyeva, AMK nəzdində Musiqi Kollecinin tələbələri Nihad Dadaşov, Banuçiçək Məmmədli, Qarabağ Universitetinin tələbəsi Ləman İsmayılova, Bakı Musiqi Akademiyasının baş müəllimi Ceyla Həsənova, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin artisti Aydan Rüstəmzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Günel Quliyevanın ifalarında Niyazinin, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət geniş və rəngarəng musiqi proqramı ilə davam etmişdir. Bütün çıxışlar və ifalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.