8 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində 14 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Vüsalə Məmmədlinin sinif şagirdlərinin iştirakı ilə "Melodiyaların Palitrası" adlı konsert keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov açaraq qonaqları salamlamış və gənc musiqiçilərə uğurlar arzulamışdır.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış etmişlər.İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda məktəbin direktoru Arzu Mehdiyeva və müəllim Vüsalə Məmmədli çıxış edərək muzeyin rəhbərliyinə təşəkkürlərini bildirmişlər.Daha sonra şagirdlərə təşəkkürnamələr təqdim olunmuşdur.
Tədbir çərçivəsində qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.