az | ru | en

7 iyun 2026



15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir


7 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir çərçivəsində konsert keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva çıxış etmişdir.
Tədbirin bədii hissəsində məktəbin müəllimi Dilşad Mirzəbutovanın rəhbərliyi ilə şagirdlər tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə həsr olunmuş musiqi nömrələri təqdim edilmişdir.
Tədbirin sonunda konsert proqramında fəal iştirak edən şagirdlərə təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.