az | ru | en

2 iyun 2026





"Klassik Musiqi Həvəskarları Klubu"nun növbəti tədbiri keçirilib
2 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Klassik Musiqi Həvəskarları Klubu"nun növbəti silsilə tədbiri çərçivəsində Xırdalan şəhər 11 İllik Musiqi Məktəbinin müəllimi Sevinc İbrahimova və şagirdlərinin iştirakı ilə konsert keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Əzirə Abdullayeva açaraq iştirakçıları salamlamış və klassik musiqinin gənc nəsilə aşılanmasının əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra muzeyin əməkdaşı Xanımbacı Abdinova çıxış edərək dahi bəstəkar Niyazinin və digər görkəmli musiqi xadimlərinin uşaqlıq illəri və yaradıcılıq yolları haqqında məlumat vermişdir.
Konsert proqramında məktəbin müəllimləri Sevinc İbrahimova, Ülviyyə Əliyeva, Natavan Rəhimli, Xoşqədəm Cəfərova, Ceyhunə Mirtəhməzli, Alagöz Səmədova, Bahar Qafarzadənin şagirdləri tərəfindən ifa olunan musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanmış, hər bir ifa alqışlarla müşayiət olunmuşdur.
Tədbir çərçivəsində muzeyin arxiv materiallarından, dahi bəstəkar Niyazinin və digər görkəmli musiqi xadimlərinin uşaqlıq fotoşəkillərindən ibarət slayd-şou nümayiş etdirilmişdir.
Tədbirin sonunda Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc istedadlara öz təşəkkürünü bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.