az | ru | en

2 iyun 2026





2 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin "İnci" xoru və şagirdlərinin iştirakı ilə zəngin və rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova çıxış edərək uşaqları təbrik etmiş, onların yaradıcılıq uğurlarını yüksək qiymətləndirmiş, və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında musiqi təhsilinin mühüm rol oynadığını vurğulamışdır.
Tədbirin bədii hissəsində məktəbin müəllimləri Mehriban Əsgərova, Yaqut Mikayılova, Zoya Səfərova, Könül Abbasova, Leyla Tağıyeva, Pərvanə Mustafayeva, Aytən Cavadova, Sevda Qurbanzadə, Mehri İsmayılova, Rafiq Məmmədov, Elnur Hacıyevin sinif şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış etmişlər.
Konsert proqramında Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli bəstəkarlarının əsərləri səsləndirilmiş, gənc ifaçıların yüksək bədii-estetik səviyyədə təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.