1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
31 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rafiq Babayev adına 25 saylı Musiqi Məktəbinin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbiri keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva çıxış edərək, uşaqları bayram münasibətilə təbrik etmiş və onlara yaradıcılıqda uğurlar arzu etmişdir.
Tədbirin bədii hissəsində Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilmiş,ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş slayd-şou ilə müşayiət edilmişdir.
Tədbirin sonunda məktəbin direktoru Hüseynov Becan muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmişdir
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.