az | ru | en

31 may 2026





31 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin III sinif şagirdi Nəzrin Əhmədzadənin "Sehirli fleyta" adlı solo konserti keçirilmişdir.
Konsert proqramında Azərbaycan və Qərbi Avropa əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilmişdir. Həmçinin, konsertdə Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi ilə birgə ifa tədbirə xüsusi rəng qatmışdır.
Tədbirin sonunda məktəbin müəllimi Arzu Əzizova və konsertmeyster Sevinc Ağabalayeva muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.