az | ru | en

31 may 2026





1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir
31 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin 1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbiri keçirilmişdir.
Giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov uşaqların bayramını təbrik etmiş, onlara yaradıcılıq fəliyyətində yeni uğurlar arzulamışdır.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilmiş, ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbir 1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş slayd-şou ilə nümayiş olunmuşdur.
Tədbirin sonunda məktəbin müəllimləri Könül Abbasova və Aytən Cavadova tərəfindən şagirdlərə hədiyyələr təqdim edilmiş və qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.