1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
30 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Lya Minorka" dərnəyi ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək uşaqları salamlamış, onları bayram münasibətilə təbrik etmiş və gələcək həyatlarında uğurlar arzulamışdır.
Daha sonra muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və əhəmiyyətindən bəhs etmiş, uşaqların hüquqlarının qorunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulamışdır.
Konsert proqramında "Lya Minorka" dərnəyinin istedadlı şagirdləri rəngarəng musiqi nömrələri ilə çıxış etmiş, ifaları ilə tamaşıçalara xoş anlar bəxş etmişlər. Bayram ab-havasında keçən konsert uşaqların sevinc dolu təbəssümləri ilə yadda qalmışdır.
Tədbirin sonunda dərnəyin rəhbəri Nailə İsmayılova balaca şagirdlərə hədiyyələr, sertifikatlar, medallar təqdim etmiş, muzeyin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığını birdirmişdir.
Tədbirdən sonra dərnəyin şagirdlərinə Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya aparılmışdır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.