"Gəncləşən Aşıq Sənəti" adlı tədbir keçirilib
Tədbir çərçivəsində Qərbi Azərbaycan aşıq sənətinin zəngin tarixi, bu sənətin milli-mədəni irsimizdə tutduğu yer və görkəmli Qərbi Azərbaycan aşıqlarının yaradıcılığı haqqında ətraflı məlumat verilib. Çıxışlarda aşıq sənətinin yaşadılması, onun gənc nəslə tanıdılması və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm rol vurğulanıb.
Tədbir zamanı iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, Qərbi Azərbaycan aşıq mühitinin xüsusiyyətləri, aşıq irsinin təbliği istiqamətində görülə biləcək işlər və gənclərin bu sahəyə marağının artırılması məsələləri müzakirə olunub. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.