az | ru | en

26 may 2026





26 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayevanın "Sabah" qrupu tələbələrinin iştirakı ilə "Azərbaycan fortepiano musiqisinin inciləri" adlı konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan muzeyin filial müdiri Lətifə Məmmədova iştirakçıları salamlamış, gənc ifaçılara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamış və onların Azərbaycan musiqi sənətinin inkişafına verəcəkləri töhfələrin əhəmiyyətini vurğulamışdır.
Konsertin bədii hissəsində Azərbaycan bəstəkarlarının fortepiano üçün bəstələdikləri müxtəlif janrlı əsərlər səsləndirilmiş, gənc musiqiçilərin peşəkar və yüksək səviyyəli ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda Lalə Rzayeva muzeyin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.