|
26 may 2026
26 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Klassik Musiqi Zamanı" layihəsi çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin iştirakı ilə konsert keçirilmişdir.
Konsertdən əvvəl muzeyin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək 28-May Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Müstəqillik Gününə həsr olunmuş qısa metrajlı video çarx nümayiş etdirilmişdir. Ardınca "Qızıl qələm" mükafatçısı Nazlı Yazar Müstəqillik Gününə həsr olunmuş şeirini səsləndirmişdir.
Layihənin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina çıxış edərək milli ruhun, tarixi əhəmiyyətin və vətənpərvərlik ideyalarının klassik musiqidə ifadəsinin mühüm rolunu vurğulamış, eyni zamanda muzey rəhbərliyi və əməkdaşlarına göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
Konsertdə Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Xuraman və Fidan Qasımova, Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist, professor Töhfə Babayeva, Əməkdar artist İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Cəfərova, dosent Gülnarə Mirzəyeva, baş müəllim Günel Eyvazzadə, baş müəllim Arzu Rzayeva siniflərinin tələbələri çıxış etmişlər.
İfaçılar konsertmeysterlər - Əməkdar artist Nigar Məlikova, baş müəllim Alyona İnyakina və Ülviyyə Əliyeva tərəfindən müşayiət olunmuşdur.
Konsert proqramında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilmiş ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirlər
|
|
|