25 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Mehriban Əsgərovanın şagirdlərinin iştirakı ilə 28 May - Müstəqillik gününə həsr olunmuş konsert keçirilmişdir.
Giriş sözü ilə Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc ifaçılara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışdır.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra 28-May Müstəqillik Gününə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda Mehriban Əsgərova tərəfindən şagirdlərə təşəkkürnamələr təqdim edilmiş, qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.