az | ru | en

23 may 2026





23 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin "Maarif Sədası" musiqi dərnəyinin konserti keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Giriş sözü ilə muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxış edərək Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Həmçinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş türk musiqi alətləri haqqında məlumat verərək bu eksponatların muzeyin zəngin kolleksiyalarında mühüm yer tutduğunu bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.