21 may 2026
Gənc istedadların konserti
21 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində gənc istedadların konserti keçirilmişdir.
Giriş sözü ilə Qara Qarayevin Ev Muzeyinin filial müdiri Lətifə Məmmədova qonaqları salamlayaraq gənc musiqiçilərə uğurlar arzulamışdır.
Konsert Respublika və Beynəlxalq müsabiqələr laureatı, AMK nəzdində Musiqi Kollecinin müəllimi Cəmalə Abdinzadənin tələbələrinin sinif konserti çərçivəsində təqdim olunmuşdur.
Bədii hissədə görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmiş, gənc ifaçıların çıxışları tamaşıçılar tərəfindən maraq və alqışlarla qarşılanmışdır.
Tədbirlər
|