18 may 2026
"Bölünmüş dünyanı birləşdirən muzeylər"
18 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) bu ilki şüarı "Bölünmüş dünyanı birləşdirən muzeylər" adlı tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova çıxış edərək muzeyin əməkdaşlarını bayram münasibətilə təbrik etmişdir.
Sonra muzeyin şöbə müdiri Əzirə Abdullayeva 18 may Beynəlxalq Muzeylər Günü haqqında ətraflı məlumat vermişdir.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı, bədii rəhbər, konsertmeyster, Xalq artisti Munis Şərifov, ansamblın solistləri-Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova rəngarəng musiqili proqram ilə çıxış etmişlər.
Tədbirlər
|