az | ru | en

18 may 2026



Beynəlxalq Muzeylər Günü Niyazinin Mənzil Muzeyində


18 may Beynəlxalq Muzeylər günüdür. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bu il "Bölünmüş dünyanı birləşdirən muzeylər" devizi altında keçirilən Beynəlxalq Muzeylər Günü muzeylərin cəmiyyətlərarası dialoq, qarşılıqlı anlaşma və mədəni əməkdaşlığın inkişafındakı rolunu ön plana çıxarır.
18 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində səhər saatlarından geniş ziyarətçi axını izlənilmişdir.
Həmin gün muzeydə Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin "Niyazi ruhunun sədaları" adlı konserti keçirilmişdir.
Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Sonda Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva gözəl çıxışlarına görə şagird və müəllimləri təbrik etmiş, daha böyük uğurlar arzu etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.