16 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Ləman Əhədovanın şagirdlərinin iştirakı ilə "Musiqinin möhtəşəm dünyası" adlı sinif konserti keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva çıxış etmişdir.
Sonra Sənətşünaslıq üzrə Fəlsəfə doktoru, gənc alim Humay Fərəcova konsertdə səsləndirilən musiqi nömrələrinin bədii xüsusiyyətləri, bəstəkarların yaradıcılıq üslubu və əsərlərin musiqi mədəniyyətimizdəki əhəmiyyəti haqqında bəhs etmişdir.
Konsert proqramında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət müxtəlif musiqi nömrələri səsləndirilmiş, ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Sonda məktəbin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva və müəllim Ləman Əhədova konsertin keçirilməsinə göstərilən dəstəyə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmişlər.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.