16 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində H.Sarabski adına Uşaq Musiqi Məktəbinin müəllimi Gülnarə Cəlilovanın şağirdlərinin 28 May Müstəqillik Gününə həsr olunmuş konserti keçirilmişdir.
Konsertdən əvvəl Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov giiriş sözü ilə çıxış etmiş, gənc istedadlara uğurlar arzulamışdır.
Konsert proqramında şağirdlərin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda məktəbin direktoru Samirə Əliyeva çıxış edərək tədbirin keçirilməsində əməyi olan insanlara, o cümlədən Niyazinin Mənzil Muzeyinin əməkdaşlarına minnətdarlığını bildirmiş, fərqlənmiş şagirdlərə təşəkkürnamələr təqdim etmişdir.
Tədbirdə 28 May - Müstəqillik Gününə həsr olunmuş video-çarx nümayiş olunmuş, qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya keçirilmişdir.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.