12 may 2026
"Barokko ruhunun davamı" adlı konsert
12 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi ilə birgə klassik musiqi sənətinin zəngin irsinə həsr olunmuş "Barokko ruhunun davamı" adlı konsert proqramı keçirilmişdir.
Giriş sözü ilə layihənin rəhbəri, məktəbin nəzəriyyə müəllimi Rəna Yusifova çıxış edərək barokko dövrünün musiqi irsinin dünya mədəniyyətindəki əhəmiyyətindən bəhs etmişdir.
Konsert proqramında Niyazi Adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtasas musiqi Məktəbinin şagird və tələbələri çıxış edərək dünya klassik musiqisinin zəngin harmoniyasını və ecazkar ruhunu tamaşaçılara təqdim etmiş, yüksək estetik zövqlə seçilən musiqi nömrələri böyük maraqla qarşılanmışdır.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva çıxış edərək iştirakçılara öz təşəkkürlərini bildirmişdilər
Tədbirlər
|