5 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində dahi bəstəkar Qara Qarayevin vəfatının 44-cü ildönümünə həsr olunmuş "Aleksandr Puşkin - zamanları aşan incəsənət" adlı tədbir çərçivəsində konsert keçirilmişdir.
Giriş sözü ilə Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova çıxış etmişdir.
Tədbirdə musiqişünas, publisist, jurnalist Raya Abbasova və Rəna Mahmudova tərəfindən Qara Qarayevin Puşkinin sözlərinə yazdığı "Sarskoye selo heykəli" əsəri haqqında ətraflı məlumat verilmiş və slayd-şou təqdim olunmuşdur.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bədii qiraətçiləri Aliyə Babayeva və Tamerlan Rəcəbov A.Puşkinin "Sarskoye selo heykəli" adlı şeirini səsləndirmiş, Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi Nərgiz Şahbazova Qara Qarayevin A.Puşkinin sözlərinə yazdığı romansları ifa etmişdir (konsertmeyster Aydan Cəfərova).
Sonda Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə həsr etdiyi "Postlüdiya" əsərinin lent yazısı iştirakçılara təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.