2 may 2026
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ
2 may 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Ulu öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində konsert keçirilmişdir.
Konsertdən əvvəl giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Ümummilli lidermizin doğum günü münasibətilə "Heydər Əliyev-Dahi şəxsiyyət" sənədli film təqdim etmişdir.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professorları, Əməkdar müəllim Siala Sinamdzqvarişvili və Əməkdar artist Elnarə Kəbirlinskayanın tələbələrinin iştirakı ilə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin və rəngarəng konsert proqramı təqdim olunmuşdur. Sonda Bakı Musiqi Akademiyasının professoru, Elnarə Kəbirlinskaya dəstəyə görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təşəkkürünü bildirmişdir
Tədbirlər
|