az | ru | en

1 may 2026





1 may 2026 cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazi Mənzil Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının Əməkdar müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosent Kəmalə Mirbabayeva və dosent Arzu Məmmədovanın tələbələri ilə birgə Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş növbəti konsert keçirilmişdir.
Konsertdən əvvəl giriş sözü ilə Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış etmişdir.
Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Həmçinin, Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş slayd-şou təqdim olunmuşdur.
Sonda müəllim və tələbələri üçün Maestro Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya aparılmışdır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.