|
17 aprel 2026
17 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayev Ev Muzeyində ictimai xadim, mədəni könüllü, vintaj kolleksiyaçısı, naşir, sənətşünas və publisist, Rusiya Musiqi Cəmiyyətinin beynəlxalq direktoru, "Info" virtual ailə muzeyinin kuratoru, Çaykovskinin həyat və yaradıcılığının tədqiqatçısı Denis fon Mekk "Pyotr İliç Çaykovski haqqında" mövzusunda mühazirə təqdim etmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış etmişdir.
Görüşdə səsləndirilən faktlar, sitatlar təqdim olunan illüstrativ materiallar və zəngin təqdimat bir daha təsdiq edir ki, Çaykovski yalnız dahi bəstəkar deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik sadə təvazökar insan və öz vətəninə dərin məhəbbət bəsləyən bir vətənpərvər olmuşdur.
Bəstəkarın şəxsi məktublarına əsaslanan araşdırmalar nəticəsində Denis Fon Mekk dahi sənətkarın düşüncələrini və daxili dünyasını dinləyicilərə təqdim etmişdir.
Denis fon Mekk dünyanın 24 ölkəsində mühazirələrdə çıxış etmiş, Azərbaycan isə onun elmi mühazirə ilə çıxış etdiyi 25-ci ölkə kimi qeyd olunmuşdur.
Sonda Denis fon Mekk "Puşkin və Çaykovski" adlı kitabını muzeyə hədiyyə etmişdir.
Tədbirlər
|
|
|