"Solo gənclik" layihəsinin növbəti konserti uğurla baş tutdu.
"İRƏLİ" İctimai Birliyi və Qara Qarayevin ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilən konsert İbrahim Nağıyevin iştirakı ilə baş tutub. Gənc violençel ifaçısı hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsidir və beynəlxalq müsabiqələr laureatıdır.
Konsertdə çıxış edən Qara Qarayevin ev muzeyinin filial direktoru Lətifə Məmmədova və "İRƏLİ" İctimai Birliyinin baş katibi Riad Cəbrayılov layihənin məqsədindən, onun seçim meyarları, həmçinin bugünədək baş tutan silsilə konsertlər barədə məlumat veriblər.
Konsert proqramında görkəmli Azərbaycan bəstəkarları - Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, həmçinin rus bəstəkarı Serqey Raxmaninovun əsərləri və xalq mahnıları səsləndirilib. Gənc ifaçıya konsert boyu piano ifaçısı Oleq Davidov müşayiət edib.
Layihə istedadlı gənclərin yaradıcılığının təşviqi və onların daha geniş auditoriyaya təqdim olunması məqsədini daşıyır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.