6 mart 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində meksikalı rəssam Jazzamoart-ın əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir.
Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və sənətsevərlər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, millət vəkili, Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva çıxış edərək sərginin əhəmiyyətindən və mədəniyyətin iki ölkə arasında əlaqələrin inkişafındakı mühüm rolundan bəhs etmişlər.
Rəsmi açılış mərasimindən sonra qonaqlara bədii proqram təqdim olunmuşdur. Konsertdə muzeyin Qədim Musiqi Alətləri Ansamblı - bədii rəhbər, konsertmeyster Xalq artisti Munis Şərifov, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi Fərid Zeynallı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zaur Məmmədov və G. Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Leyla Səmədzadə çıxış etmişlər.
Sərgi 19 mart 2026-cı il tarixinədək nümayiş olunacaq.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.