az | ru | en

24 fevral 2026




24 fevral 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş klassik gitara musiqisindən ibarət konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqişünaslıq" ixtisası üzrə II kurs magistr tələbəsi Raul Hüseynovun ifasında Qara Qarayev və onun bəstəkarlıq məktəbinin davamçıları Xəyyam Mirzəzadə, Rəhilə Həsənova, Fərəc Qarayev, Firəngiz Əlizadənin, eləcə də Aliyə Məmmədova, Xədicə Zeynalova, Türkər Qasımzadənin klassik gitara üçün yazdıqları əsərlər səslənmişdir.
Sonda Raul Hüseynovun müəllimi Elmar Sultanov tələbəsini təbrik etmiş və ona böyük yaradıcılıq uğurları arzulamışdır.
Konsertdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və Qırğız Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, musiqi ictimaiyyəti və başqaları iştirak etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.